2026-cı ildə keçiriləcək dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib.
Sportal.az xəbər verir ki, Yeni Zelandiya millisi mundiala vəsiqəni təmin edib. Onlar seçmə mərhələnin final matçında Yeni Kaledoniyanı 3:0 hesabı ilə məğlub edib.
Yeni Zelandiya tarixi ərzində 3-cü dəfə dünya çempionatında iştirak etmək hüququ qazanıb. Milli daha əvvəl 1982 və 2010-cu ildə turnirdə yer alıb.
Qeyd edək ki, Yeni Zelandiya mundialda iştirakı dəqiqləşən 5-ci komanda olub. Ev sahibləri ABŞ, Meksika və Kanada ilə yanaşı, Yaponiya da dünya çempionatına vəsiqə qazanıb.
saytlarin hazirlanmasi