Yığma komandamızın yekun heyəti açıqlandı

18:47 - 24 Mart 2025

Avropa çempionatının əsas mərhələsinin oyunlarına hazırlıq məqsədi ilə martın 16-dan təlim-məşq toplanışına yığışan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Bakıda son məşqini keçirib.

Sportal.az xəbər verir ki, milli səfərə 12 oyunçu ilə yollanacaq.

Qapıçılar: Hüseyn Abdulov, Əli Həsənzadə;

Oyunçular: Rəvan Məşiyev, Oqtay Mahmudzadə, Ədalət Ələkbərov, Hüseyn Cəfərzadə, Pünhan Qasımzadə, Nazim Hüseynov, Bəyoğlan Vəlizadə, Fariz Hüseynov, Rəvan Quliyev, Elgün Sadıqlı.

U-19 martın 26-da Bosniya və Herseqovina, ertəsi gün Xorvatiya, martın 29-da isə Türkiyə yığması ilə üz-üzə gələcək. Qrup oyunlarını birinci pillədə başa vuracaq komanda final mərhələsinə vəsiqə qazanacaq.

Xəbər xətti