Didye Deşam Fransada ona daha yaxşı münasibət göstərilməsini istədiyini bildirib.
Sportal.az xəbər verir ki, milli komandanın baş məşqçisi ilkin olaraq 2026-cı il dünya çempionatından sonra postunu tərk edəcəyini açıqlamışdı. Onun rəhbərliyi altında Fransa 2018-ci il Dünya Çempionatını və 2020/21 mövsümündə Millətlər Liqasını qazanıb.
"Bu bir faktdır: mən öz ölkəmdən daha çox xaricdə tanınır və dəyərləndirilirəm."
Gələcəyi ilə bağlı isə Deşam bunları deyib:
"Heç bir qapını bağlamıram – nə Fransada, nə də xaricdə. Mənim seçim azadlığım var və hər şeyin yaxşı olacağını bilirəm, sadəcə fərqli şəkildə."
saytlarin hazirlanmasi