"Mançester Siti"nin futbolçusu "Real"da oynamaq istəyir - Madrid klubu strategiyasına uyğun olmadığını bildirib

23:52 - 24 Mart 2025

Manuel Akanji "Real Madrid"də oynamaq istədiyini bildirib.

Sportal.az xəbər verir ki, "Marca"nın məlumatına görə, son həftələrdə Madrid klubuna müxtəlif təkliflər daxil olub və onlardan biri də "Mançester Siti"nin müdafiəçisinin transferidir. Lakin "Real" rəhbərliyi bu xəbərə təəccüblə yanaşıb.

Bildirilir ki, hazırda zədədən sağalma prosesində olan İsveçrə millisinin futbolçusu yeni çağırışlar istəyir və mühitini dəyişmək niyyətindədir. Bununla belə, Akanjinin mümkün transferi "Real"ın strategiyasına uyğun deyil. Klub, əsasən, uzun müddət komandaya fayda verə biləcək gənc futbolçuları və ya azad agentləri transfer etməyə üstünlük verir.

Qeyd edək ki, 29 yaşlı müdafiəçi bu mövsüm Premyer Liqada 20 oyun keçirib.

 

Xəbər xətti