Azərbaycan - Belarus matçı: nə qədər bilet satılıb?

14:22 - 25 Mart 2025

Azərbaycan və Belarus milli komandaları arasında Masazırda keçiriləcək yoldaşlıq oyununa bilet satışı davam edir.

Sportal.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutacaq matç üçün indiyə qədər 2000-dən bir qədər az bilet satılıb.

Stadion isə 8700 azarkeş tutumuna malikdir.

Azərbaycan - Belarus oyunu bu gün adıçəkilən arenada keçiriləcək və görüşə 21:45-də start veriləcək.

Xəbər xətti