Hakan Çalhanoğlu: "Məqsədim Çempionlar Liqasını qazanmaqdır"

15:34 - 25 Mart 2025

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu mövsüm üçün şəxsi və ümumi hədəfləri ilə bağlı sualı cavablandırıb.

Sportal.az xəbər verir ki, "Tuttosport"a danışan türk futbolçu ÇL-i qazanmaq istədiyini bildirib: 

“Bütün kubokları alacağımıza ümid edirik. Təbii ki, biz “İnter”i ən yaxşı şəkildə təmsil etməyə çalışırıq, bizim üzərimizə inanılmaz məsuliyyət düşür. Artıq İtaliyada hər şeyi qazanmışam və məqsədim Çempionlar Liqasını qazanmaqdır. İki il əvvəl finalda uduzmuşduq və mən yenidən finala çıxmaq və qalib gəlmək arzusundayam. Bəlkə də “Qızıl top”u da qazanmaq mümkün olar. Buna nail olmaq üçün yenidən Skudetto qazanmaq çox vacib olacaq”.

Xəbər xətti