19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, 7-ci qrupda yer alan İlqar Aslanovun baş məşqçisi olduğu komanda meydan sahibləri Xorvatiya ilə üz-üzə gələcək.
Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutacaq qarşılaşma saat 22:00-da start götürəcək.U-19 ötən gün Bosniya və Herseqovinaya 2:10 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi