Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binasının açılış mərasimi - VİDEO

16:34 - 30 Mart 2025

Tovuz şəhər stadionunda inşa olunan əsas korpus binasının açılış mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev, İdarə Heyəti üzvləri, futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

Binanın ümumi sahəsi 3 min kvadrat metrdən çoxdur. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət bina 30 otaqdan ibarətdir. Fitnes zalı, toplantı, həkim və fizioterapiya otaqları ilə yanaşı, məşqçilər, həkimlər və inzibati işçilər üçün ayrıca otaqlar ayrılıb. Burada futbolçuların asudə vaxtlarını maraqlı keçirmələri üçün stolüstü tennis, bilyard, videooyun avadanlıqları ilə təmin olunmuş böyük istirahət guşəsi yaradılıb. Bütün otaqlar ən müasir və zəruri avadanlıqlarla təchiz edilib.

Xəbər xətti