Dünya çempionu "Çelsi"ni "Atletiko"ya dəyişəcək?

15:50 - 31 Mart 2025

"Çelsi"nin futbolçusu Entso Fernandes karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" argentinalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Atletiko" Entso üçün "Çelsi"yə Pablo Barriosu təklif edəcək. Madrid klubu bundan əlavə qarşı tərəfə 25 milyon avro da ödəməyə hazırdır.

Qeyd edək ki, "Çelsi" Entso Fernandesi 2023-cü ilin yanvar ayında "Benfika"dan transfer edib. Argentina millisi ilə dünya çempionu olmuş 24 yaşlı orta xətt oyunçusu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti