Məhkumlara futbol dərsləri keçirilir - FOTO

16:58 - 8 Aprel 2025

AFFA ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə əməkdaşlığı çərçivəsində Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində təşkil olunan layihə uğurla icra olunur.

Sportal.az xəbər verir ki, AFFA tərəfindən təyin olunmuş B kateqoriyalı məşqçi Elvin Həmidov tərəfindən həftədə iki dəfə olmaqla yeniyetmələrə futbol dərsləri keçirilir.

Layihənin əsas məqsədi idmana olan marağın artırılması ilə məhkumların fiziki və psixoloji inkişafını, eyni zamanda onların sosial adaptasiyasını dəstəkləməkdir.


Xəbər xətti