AFFA-nın baş katibi FIFA-da görüşlər keçirib - FOTO

17:59 - 9 Aprel 2025

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.

Sportal.az xəbər verir ki, C.Fərəcullayev FIFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib. O, tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru Elxan Məmmədov, Regional koordinatoru Marion Gavat, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.

Görüşlərdə ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub.

Eyni zamanda baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.


Xəbər xətti