Luka Modriç Çempionşip təmsilçisi "Suonsi"nin yeni şərik sahiblərindən biri olacaq.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romano məlumatına görə, “Real” və Xorvatiya millisinin yarımmüdafiəçisi “Suonsi” klubunun azlıq səhmdarı (minoritar aksioneri) olacaq. Razılaşma artıq əldə olunub.
Bildirilib ki, “Suonsi”də pay sahibi olmaq Modriçin futbol karyerasını davam etdirmək planlarına təsir göstərmir. 39 yaşlı xorvat hələ də iyunda başa çatan müqaviləsini “Real”la uzatmağa çalışır.
Hazırda “Suonsi” mövsümün 42 turundan sonra 54 xal toplayaraq Çempionşip cədvəlində 12-ci yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi