“Aston Villa”nın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ-yə qarşı cavab oyunu öncəsi gözləntilərini bölüşüb.
Sportal.az xəbər verir ki, sabah keçiriləcək matçöncəsi Emeri bunları qeyd edib:
"Bizim məqsədimiz plana ciddi şəkildə əməl etmək və 90 dəqiqə ərzində buna əməl etdməkdir. Planımız ondan ibarətdir ki, əgər əlavə vaxta və ya penaltilər seriyasına çatsaq, bu əla olacaq.
Mənim geridönüşlərlə bağlı təcrübəm var, həm müsbət, həm də mənfi. Amma indi vəziyyət tamamilə fərqlidir. Biz Birmingemdə tarix yazmaq istəyirik. Keçən il Konfrans Liqasında bunu etmişik, bu il isə Çempionlar Liqasında və ümid edirəm ki, gələcək illərdə də avrokuboklarda.
PSJ-nin səfər oyunlarında böyük təcrübəsi var, amma əgər biz taktiki və fərdi baxımdan yaxşı çıxış etsək, azarkeşlərimizin enerjisi bizə keçəcək.”
Qeyd edək ki, ilk oyun Parisdə baş tutub və PSJ “Aston Villa” üzərində 3:1 hesablı qələbə qazanıb.
saytlarin hazirlanmasi