Azərbaycanlı iş adamı Tufan Sadıqov "Ximki" futbolçularının məşqi boykot etməsinə münasibət bildirib.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Ximki"nin baş məşqçisi Frank Artiqanın istefası xəbəri yayıldıqdan sonra klubun futbolçuları meydanda məşq keçməkdən imtina ediblər, bunun əvəzinə onlar təxminən 10 dəqiqə trenajor zalında məşq ediblər.
Əvvəllər yayılan məlumatlara görə, "Ximki" rəhbərliyi Artiqanı xarici futbolçulara maaş gecikməsi məsələsində verdiyi açıq dəstəyə görə işdən çıxarmaq qərarına gəlib.
Klubun investoru Sadıqov məsələyə belə münasibət bildirib:
"Məşqə gəldikdə, mən orada olmamışam. Özüm yalnız mətbuatda çıxan məlumatları oxumuşam. Mənim başqa işlərim var, bu məsələ ilə bağlı rəhbərliklə əlaqə saxlamamışam.
Əgər onların müqaviləsində hansısa şərtlərlə məşqə çıxmamaq imkanı varsa, deməli, bu addımı ata biliblər. Amma belə bir maddə yoxdursa, bu, mümkün deyil. Bu axı anarxiya deyil ki, kim nə istədi, onu da etsin. Əgər hansısa qayda pozuntusu varsa, hər şey müqavilə çərçivəsində həll olunmalıdır. Onlar istədiklərini edə bilməzlər."
saytlarin hazirlanmasi