Madrid klubu Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal"a iki oyunun nəticəsinə görə uduzaraq turnirdən kənar qalıb.(0:3, 1:2).
Sportal.az xəbər verir ki, "Relevo"nun məlumatına görə, "kral klubu"nun futbolçuları "Santyaqo Bernabeu"nu tərk edərkən tam əmin idilər ki, oyuna dair konkret bir plan yox idi, yalnız intensivlik və qələbə istəyi üzərində dayanılmışdı. Ançelotti mövsüm boyu məhz bu iki aspektə üstünlük verirdi.
Komandadakı bir çox futbolçu hesab edir ki, istedadlı heyətə malik olmaq təkbaşına güclü rəqibləri məğlub etmək üçün kifayət etmir. Onların baş məşqçiyə olan şübhələri və inamsızlığı artıq pik həddə çatıb.
Bildirilir ki, komandanın bəzi aparıcı fiqurları artıq vəziyyəti dəyişə biləcəklərinə inanmırlar. Klub prezidenti Florentino Peres isə bu əhval-ruhiyyədən xəbərdardır, o, ötən günkü oyundan sonra bir neçə futbolçu ilə bu barədə söhbət edib.
saytlarin hazirlanmasi