Almaniya klubu Mahir Emrelini istəyir - Yayda onu transfer etməyi planlaşdırır

12:17 - 18 Aprel 2025

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin xidmətində daha bir klub maraqlıdır.

Sportal.az saytına verilən məlumata görə, “Nürnberq”in forvardını 2-ci Bundesliqada çıxış edən “Herta” transfer etmək istəyir. Berlin təmsilçisi Emrelini bu yay heyətinə qatmaqda israrlıdır.

“Nürnberq” müqavilə müddətini artırmaq istəməsə, Mahir bu yay azad agent statusunu daşıyacaq. Qeyd edək ki, millimizin üzvü mövsümün əvvəlində “Nürnberq”lə müqavilə imzalamışdı. Onun komandası 29 turdan sonra 2-ci Bundesliqada 44 xalla 8-ci, “Herta” isə 37 xalla 12-ci pillədədir.

Xəbər xətti