İngiltərə Premyer Liqasında 33-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Everton" doğma meydanda "Mançester Siti"nin qonağı olub. Qarşılaşma Pep Qvardiolanın yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 58-ə yüksəldən "Mançester Siti" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 38 xalı olan "Everton" isə 13-cü yerdədir.
"Everton" - "Mançester Siti" 0:2
Qollar: Niko O’Rayli, 84, Mateo Kovaçiç, 90+2