Roma Papasının ölümünə görə A Seriyası oyunları təxirə salındı

16:40 - 21 Aprel 2025

Roma Papası Fransisin vəfat etməsi futbola da təsirsiz ötüşməyib.

Sportal.az xəbər verir ki, din xadiminin ölümünə görə İtaliya A Seriyasının oyunları təxirə salınıb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İtaliya çempionatının bu güb keçirilməsi planlaşdırılan 4 matçının hamısı təxirə salınıb. Qarşılaşmaların nə vaxt baş tutacağı ilə bağlı qarşıdakı günlərdə məlumat veriləcək.

Qeyd edək ki, bu gün A Seriyasında "Cenoa" - Latsio", "Torino" - "Udineze", "Kalyari" - "Fiorentina" və "Parma - "Yuventus" qarşılaşmalarını keçirilməli idi.

Xəbər xətti