"Mançester Siti" futbolçusu Niko O’Raylini uzun müddət komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi ingiltərəli hücumameyilli yarımmüdafiəçinin müqaviləsinin müddətini artıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Mançester Siti" artıq O’Rayli ilə yeni sözləşmə barədə razılığıa gəlib. Yeni müqavilədə 20 yaşlı futbolçunun maaşı artırılacaq.
Qeyd edək ki, Niko O’Rayli "mançester Siti"nin yetirməsidir. İngiltərə U-20 millisinin üzvü bu mövsüm "şəhərlilər"in əsas komandasının heyətində meydana çıxdığı 14 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi