“Latsio” “Arsenal”ın müdafiəçisi Nuno Tavaresi 5 milyon avroya almaq variantını aktivləşdirməyə hazırdır.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, futbolçuya 2029-cu ilin yayına qədər müqavilə təklif olunacaq.
Tavares 2024-cü ilin iyul ayından icarə əsasında "Latsio"da çıxış edir.
Bu mövsüm 25 yaşlı sol cinah müdafiəçisi bütün turnirlərdə 28 oyun keçirib, 9 məhsuldar ötürmə edib və 4 sarı vərəqə alıb. Transfermarkt portalı oyunçunu 25 milyon avro qiymətləndirir.
saytlarin hazirlanmasi