Azərbaycanda ilk dəfə daun sindromlu uşaqların iştirakı ilə idman oyunları keçirildi

15:43 - 25 Aprel 2025

Aprelin 24-də Daun idmançılara Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Parlayan günəşlər" adlı idman oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycandan başqa Türkiyə, Özbəkistan, Qırğızıstan və Türkiyədən də daun sindromlu idmançıların qatıldığı yarışlar Bakı Atletika Mərkəzində baş tutub.

Bu oyunların keçirilməsində məqsəd cəmiyyətin daun sindromlu şəxslərə diqqətini çəkmək və idmançıların gələcək beynəlxalq idmam yarışlarına hazırlamaqdır.

İdman oyunlarının açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, yerli və xarici ictimaiyyət nümayəndələri iştirak ediblər.


Xəbər xətti