"Neftçi" bu legionerlə yollarını ayıracaq

12:22 - 27 Aprel 2025

“Neftçi” bir neçə legioneri ilə yollarını ayırmağı planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın yeni sezon heyətdə saxlamaq istəmədiyi futbolçulardan biri də Yuri Matiasdır.

Paytaxt təmsilçisi mövsümün sonunda klubla müqaviləsi başa çatacaq oyunçuya əməkdaşlıq təklif etməyəcək.

Xatırladaq ki, 30 yaşlı futbolçu Matias 2023-cü ilin yayından “Neftçi”də çıxış edir. O, Azərbaycana gələnə qədər “Amerika”(Braziliya), “Koimbra”(Portuqaliya), “Traktor”(İran), “Qaz Metan”(Rumıniya) klublarının formasını geyinib.
 

Xəbər xətti