U-17 Qızlar Liqasında növbəti oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, “Sabah”ın qızlardan ibarət komandası evdə “Zaqatala City” ilə qarşılaşıb. Oyun Masazır təmsilçisinin böyük hesablı qələbəsi ilə nəticələnib - 14:0.
Matçda qollara Tərgül Qəniyeva (7), Mehri Məmmədzadə (4), Aysu Əsədova (2) və Qönçə Quluzadə (1) imza atıblar.
Bu qələbədən sonra Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda çempionatın sonuna 2 tur qalmış çempionluğu təmin edib.
Qeyd edək ki, "Sabah"ın qızlardan ibarət U-17 komandası ötən il də mövsümü çempion kimi başa vurmuşdu.
saytlarin hazirlanmasi