Futbol üzrə Bolqarıstan çempionatında 2024/2025 mövsümünün qalibi məlum olub.
Sportal.az xəbər verir ki, "Ludoqorets" mövsümün bitməsinə 5 tur qalmış çempionluğunu rəsmiləşdirib.
İqor Yoviçeviçin rəhbərlik etdiyi kollektiv 31-ci turda doğma meydanda "Çerno More"ni 2:0 hesabı ilə məğlub edib. "Qartallar" 2-ci pillədəki "Levski"ni 16 xal qabaqlayır.
Qeyd edək ki, "Ludoqorets" tarixi ərzində 14 çempionluq qazanıb. Komanda ardıcıl 14 ildir Bolqarıstanda ən güclü olur.
saytlarin hazirlanmasi