"Kəpəz" "Sumqayıt"ı məğlub etdi, "Qarabağ"dan qələbə - YENİLƏNİB

21:53 - 11 May 2025

Bu gün Misli Premyer Liqasında 34-cü turun daha iki oyunu keçirilib.

Sportal.az xəbər verir ki, "Kəpəz" "Sumqayıt"ı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun son matçı isə "Qarabağ" və "Araz-Naxçıvan" komandaları arasında baş tutub. Burada isə çempion "Qarabağ" 2:0 hesabı ilə qələbə qazanıb.

Misli Premyer Liqası
XXXIV tur
11 may (şənbə)

18:00. “Kəpəz” – “Sumqayıt” 1:0

Qol: Rauf Hüseynli, 10 (pen)
Baş hakim: İnqilab Məmmədov
Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Araz-Naxçıvan” 2:0
Qollar:
Musa Qurbanlı 35, Kaşuk 59
Baş hakim: Əliyar Ağayev
Azersun Arena

Xəbər xətti