"Sabah"dan yubiley qolu

11:49 - 12 May 2025

“Sabah” Azərbaycan çempionatlarında 150-ci ev qolunu vurub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXIV turuna təsadüf edib.

“Şamaxı” ilə görüşdə (3:1) komandasının sonuncu qoluna imza atan Pavol Şafranko yubiley qolunun müəllifi olub.

Bakı klubu 104-cü ev matçında 150-yə çatıb. Qeyd edək ki, “Sabah”ın Premyer Liqada ilk ev qolu 2018-ci il sentyabrın 19-da keçirilən “Sumqayıt”la matça (1:4) təsadüf edib.

Xəbər xətti