"Barselona"nı çempion edən qələbə - VİDEO

09:59 - 16 May 2025

İspaniya La Liqasında 36-cı turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, lider "Barselona" səfərdə "Espanyol"un qonağı olub. Qarşılaşma Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 85-ə yüksəldən Hans Flikin komandası mövsümün bitməsinə 2 tur qalmış çempionluğu rəsmiləşdirib."Barselona" 2-ci yerdə olan "Real"ı 7 xal qabaqlayır.39 xalı olan "Espanyol" isə 16-cı yerdədir.

"Espanyol" - "Barselona" 0:2
Qollar: 
Lamin Yamal, 53, Fermin Lopes,90+5

Xəbər xətti