10 il sonra Çempionlar Liqasında iştirak edəcəklər

14:30 - 16 May 2025

İspaniyanı növbəti mövsüm Çempionlar Liqasında təmsil edəcək 4-cü klub müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Barselona", "Real" v "Atletiko"dan sonra "Atletik" qitənin ən nüfuzlu klub turnirində iştirak etmək hüququ əldə edib.

Bilbao təmsilçisi La Liqanın 36-cı turunda səfərdə "Xetafe"ni 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra xallarını 67-yə yüksəldən Ernesto Valverdenin komandası 6-cı pillədəki "Betis"i 8 xal qabaqlayır. "Atletik" 10 il sonra Çempionlar Liqasında iştirak edəcək.

Çempionlar Liqasına sonuncu vəsiqə uğrunda "Vilyerreal" və "Betis" mübarizə aparır. Növbəti mövsüm İspaniya turnirdə 5 klubla təmsil olunacaq.

Xəbər xətti