Leroy Sane "Bavariya"nın yeni müqavilə təklifini qəbul etmir.
Sportal.az xəbər verir ki, Münhen klubu hazırda illik 20 milyon avro qazanan 29 yaşlı vingerə, 30 iyuna qədər olan müqaviləni uzatmağı təklif edib. Yeni şərtlərə əsasən, Sane illik 10 milyon avro maaş, əlavə olaraq 5,5 milyon avro bonus və imza bonusu almalı idi. Klub qərar üçün son tarix olaraq bu həftəsonunun sonunu müəyyənləşdirib.
Hazırda agenti Pini Zahavi tərəfindən təmsil olunan Sane "Bavariya"nın təklifini qəbul etməyi planlaşdırmır.
Əgər tərəflər mövqelərini dəyişməsələr, futbolçu bu yay azad agent kimi klubdan ayrılacaq. Sane bu mövsüm Bundesliqada 29 oyunda 11 qol vurub və 5 qol ötürməsi edib.
saytlarin hazirlanmasi