"Qalatasaray" yayda bəzi legionerləri ilə yollarını ayıra bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə çempionu Roland Sallayini icarəyə göndərməyi planlaşdırır.
Macarıstan millisinin üzvü İtaliya klublarının hədəfindədir. “Qalatasaray”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədər olan Sallayi özü də İtaliyaya yollanmağa müsbət yanaşır.
O, “Qalatasaray”a gələnə qədər “Akademiya Puşkaş”, “Palermo”, APOEL, “Frayburq” klublarında oynayıb.