"Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaş xəstəxanadan evə buraxılıb.
Sportal.az xəbər verir ki, nadir rast gəlinən infeksiya aşkarlanan 30 yaşlı yarımmüdafiəçi 20 gündür müalicə olunurdu. Türk futbolçunun durumu yaxşılaşıb.
Təcrübəli oyunçu növbəti 15 gün ərzində evdə və klubun bazasında həkim nəzarətində müalicəsinə davam edəcək.
Qeyd edək ki, Mert Hakan Yandaş bu mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi