Dadaşov oynadı, komandası heç-heçə etdi

22:43 - 16 May 2025

Polşada Ekstraklasa çempionatının 33-cü turu çərçivəsində bir sıra oyunlar keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin futbolçuları Renat Dadaşov və Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" klubu səfərdə "Stal Melets"lə qarşılaşıb. 2:2 hesabı ilə yekunlaşan matçda Dadaşov 72-ci dəqiqədə meydana daxil olub. Məmmədov isə yenə bu oyunun iştirak ərizəsinə daxil edilməyib.

Hazırda "Radomyak" 41 xalla turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.

Xəbər xətti