"Beşiktaş" icarəyə göndərdiyi futbolçunu geri qaytaracaq

19:22 - 16 May 2025

"Beşiktaş" icarəyə verdiyi futbolçusu Can Keleşi geri qaytaracaq. 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kasımpaşa”da özünü yaxşı tərəfdən göstərməyi bacaran 23 yaşlı futbolçu “Beşiktaş”ın məşqçilər korpusunun diqqətindən yayınmayıb.

Onun mövsüm bitdikdən sonra İstanbul klubuna geri qayıdacağı və yeni mövsümə də məhz “Beşiktaş”da başlayacağı gözlənilir. “Austriya”(Vyana) klubunun yetirməsi “Fatih Karagümrük”də də çıxış edib.

Keleşin “Beşiktaş”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
 

Xəbər xətti