"Araz-Naxçıvan"ın hücumçusu Ramon Maçadonun komandası ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.
Sportal.az saytına açıqlama verən braziliyalı hücumçu hələ ki müqavilə ilə bağlı yenilik olmadığını bildirib:
"Hələ ki heç nə bilmirəm. Mövsümün sonunda müqaviləm başa çatır. Gələcəkdə necə olacağını bilmirəm. Amma dəqiq odur ki, hələ müqaviləni yeniləməmişəm".
34 yaşlı hücumçu 2024-cü il iyulun 22-də “Araz-Naxçıvan”la müqavilə imzalayıb və 2025-ci il iyunun 30-na qədər bu komandaya məxsusdur.