"Fənərbaxça" yayda hücum xəttini yeni oyunçu ilə gücəndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi icarə əsasında "Yuventus"da çıxış edən Randal Kolo Muanidir. Bu barədə "Sabah" nəşri məlmat yayıb.
"Fənərbaxça" fransalı futbolçunun müqavilə ilə məxsus olduğu PSJ ilə danışıqlara başlayacaq. Türkiyə klubu 26 yaşlı forvard üçün 25 milyon avro təzminat ödəməyə hazırdır.
Qeyd edək ki, Randal Kolo Muani bu ilin yanvar ayında "Yuventus"a icarəyə verilib. Fransa millisinin üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi