"Cenoa" "Beşiktaş"dan icarəyə götürdüyü Jan Onana ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi kamerunlu yarımmüdafiəçini komandada saxlayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İtaliya klubu 25 yaşlı oyunçu üçün "Beşiktaş"a 1,2 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Jan Onana bu ilin yanvar ayında "Cenoa"ya icarəyə verilib. O, kkomandanın heyətində 8 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi