Bakı-2025: Özbəkistandan inamlı, Slovakiya qrupda qaldı

22:28 - 25 May 2025

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsində III tura start verilib.

Sportal.az xəbər verir ki, günün ilk matçında B qrupunda Özbəkistan və Çad milliləri üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən özbəklər qrupu 4 xalla başa vurublar. Çad isə 3 xal toplayıb. Afrika təmsilçisi qrupda qalıb.

Özbəkistanın növbəti mərhələ şansı isə qrupun digər matçının nəticəsindən asılıdır. 

Qeyd edək ki, bu gün mundialda daha 7 görüş keçiriləcək.

A qrupu

Bəhreyn - Sloveniya 4:1
Azərbaycan - Mavritaniya 2:0

B qrupu

Özbəkistan - Çad - 3:0
22:00. Rumıniya - Fransa

C qrupu

Macarıstan - Ukrayna 3:0
Türkiyə - İngiltərə 0:3

D qrupu

Hindistan - Portuqaliya 0:8
Slovakiya - Bolqarıstan 0:1

Xəbər xətti