"Qalatasaray"dan "Panatinaikos"a

13:46 - 24 May 2025

"Qalatasaray"ın müdafiəçisi Berkan Kutlu yeni sezona Yunanıstan Superliqasında başlaya bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Panatinaikos”dan təklif alıb.

Afina təmsilçisi türk oyunçunu bir illik icarəyə götürməyi planlaşdırır.

Bu müddət başa çatdıqdan sonra isə onu azad agent kimi heyətinə qatacaq. Kutlunun “Qalatasaray”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Berkan “Sion”, “Alanyaspor”, “Cenoa” komandalarında çıxış edib.
 

Xəbər xətti