"Araz-Naxçıvan"ın legioneri: "Avrokuboklara vəsiqə qazanmaq xoşdur, əla nəticədir"

16:23 - 24 May 2025

"Biz bundan əvvəlki turda "Şamaxı"nı məğlub etdik. Çətin oyun idi. Çünki rəqib süni örtüklü meydanda oynayırdı. Hər halda, qalib gəlməyi bacardıq. Belədə, avrkuboklara da vəsiqəni təmin etdik. Ona görə çox şadıq. Son tura da yaxşı hazırlaşmışıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos deyib.

Bölgə klubunun legioneri komandasının avrokuboklara vəsiqə qazanması və Misli Premyer Liqasının son turundakı “Zirə” ilə görüşü haqda da fikirlərini bildirib:

"Avrokuboklara vəsiqə qazanmaq xoşdur. Əla nəticədir. Klubun tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacağıq. Komandaya bu məqsədə çatmaq yolunda kömək etmək xoşdur. Hər halda, qarşıda bizi mövsümün son görüşü gözləyir. “Zirə” ilə matça da yaxşı hazırlaşmışıq. Bu görüşdə də qalibiyyət istəyirik. Əlimizdən gələni edəcəyik".

Mirbağırağa
 

Xəbər xətti