I Liqa üçün pley-off matçının vaxtı açıqlandı

16:55 - 23 May 2025

2025/26 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 4-cü olmuş komanda 28 may saat 16:00-da "ASCO Arena"da pley-off oyununda üz-üzə gələcəklər.

Sportal.az xəbər verir ki, bununla əlaqədar mayın 26-da (bazar ertəsi) saat 11:00-da AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.

2025/26 mövsümündə II liqada iştirak etmək uğrunda pley-off oyunu ilə bağlı daha sonra məlumat veriləcək.

Qeyd edək ki,  II Liqada 4-cü yer "Hypers Quab" tutub. I Liqanın 9-cusu isə son turun oyunlarıından sonra məlum olacaq.

I Liqada çıxış etmək uğrunda pley-off

28 may, 16:00

"ASCO Arena" ("CBC Sport"  canlı)

Xəbər xətti