Luka Modriç Messinin komanda yoldaşı ola bilər

17:21 - 23 May 2025

Mövsümün sonunda "Real"dan ayrılacağını açıqlayan Luka Modriç karyerasını ABŞ-də davaam etdirə bilər.

Sportal.az xəbər verir ki, Lionel Messinin formasını geyindiyi "İnter Mayami" xorvatiyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məllumat yayıb.

MLS təmsilçisi yayda azad agent statusunda olacaq 39 yaşlı futbolçu ilə danışıqlara başlamağğı planlaşdırır.

Qeyd edək ki, Luka Modriç bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 55 rəsmi matçda 4 qol və 9 məhsuldar  ötürmə ilə yadda qalıb.

Xəbər xətti