Qurban Qurbanov “Barselona”nın düşərgəsində!

21:22 - 21 May 2025

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünən İspaniyaya yola düşüb.

Sportal.az Qol.az saytına istinadən xəbər verir ki, Q.Qurbanov “Barselona”nın düşərgəsinə yollanıb.

Onun baş məşqçi Hans Fliklə görüşü gözlənilir. Q.Qurbanov “Barselona”nın iş prosesi ilə tanış olacaq.

Səfər üç gün müddətini əhatə edir.

Xatırladaq ki, Q.Qurbanov bugünlərdə verdiyi açıqlamasında Hans Flikin iş prinsipi onun marağına səbəb olduğunu və buna görə də Kataloniya klubunun düşərgəsinə yollanmaq istədiyini demişdi.

Xəbər xətti