Məşhur futbolçu karyerasını başa vurur

20:58 - 19 May 2025

"Hayduk"un futbolçusu İvan Rakitiç peşəkar karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Split təmsilçisinin heyətində son ev oynuna Xorvatiya çempionatının 35-ci turunun "Riyeka" ilə matçında (2:1) çıxıb. Xorvatiyalı oyunçu həftəsonu "Şebenik" qarşısında isə karyerasının son oyununu keçirəcək.

Xorvatiya millisinin sabiq üzvü bundan sonra peşəkar karyerasını başa vuracaq.

Qeyd edək ki, İvan Rakitiç "Bazel"in yetirməsidir. Təcrübəli futbolçu karyerası ərzində "Şalke", "Sevilya", "Barselona" və "Əl-Şəbab"da çıxış edib.

Xəbər xətti