"Nyukasl"ın və Braziliya millisinin yarımmüdafiəçisi Bruno Gimarayeş Səudiyyə Ərəbistanına yollana bilər.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Əl-İttihad" braziliyalı üçün addım atıb.
Ərəblər ona görə 120 milyon avro ödəməyə hazırdır.
27 yaşlı futbolçu bu mövsüm "Nyukasl"ın heyətində 46 matçda 5 qol vurub və 8 asist edib. Onun İngiltərə klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi