Türkiyə Super Liqasını tərk edəcək növbəti komandanın adna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, mövsümün bitməsinə iki tur qalmış "Sivasspor"un elitanı tərk edəcəyi dəqiqləşib.
Rıza Çalımbayın rəhbərlik etdiyi kollektiv 36-cı turda səfərdə "Samsunspor"a 0:1 hesabı ilə məğlub olub. Sivas təmsilçisinin düşmə zonasının üzərində yer alan "Alanyaspor"a çatmaq ehtimalı yoxdur.
"Sivasspor"dan başqa "Adana Demirspor" və "Hatayspor"un da aşağı liqaya düşəcəyi əvvəlki turlarda dəqiqləşib. Super Liqanı tərk edəcək 4-cü komanda olmamaq üçün "Bodrum"la "Alanyaspor" arasında mübarizə gedəcək.
saytlarin hazirlanmasi