Minifutbol üzrə Polşa milli komandasının baş məşqçisi Rafal Slubovski mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı gözləntilərini bölüşüb.
Sportal.az “Gol24” portalına istinadən xəbər verir ki, polyakların çalışdırıcısı komandanın hədəflərindən bəhs edib:
"Bakıya gedəcək komanda yenidir. Biz enerji və yeni adlara diqqət yetirmişik. Polşada minifutbol sürətlə inkişaf edir və Bakıda keçirilən dünya çempionatı bizim üçün dünyanın ən yaxşı komandalarının siyahısına daxil olmaq üçün böyük fürsətdir".
Əlavə edək ki, Polşa yığması Qazaxıstan, ABŞ və Bosniya və Herseqovina ilə birlikdə F qrupunda mübarizə aparacaq.