V Autizm Festivalı keçirilib - FOTOLAR

11:37 - 18 May 2025

17 may 2025-ci il tarixində paytaxtın Fəvvarələr meydanında Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyasının və Azfest Group-un təşkilatçılığı ilə V Autizm Festivalı keçirilib.

Sportal.az xəbər verir ki, festivalı keçirtməkdə məqsəd ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdir.

Festivalda bu sahədə çalışan 30-a yaxın mərkəz və təşkilatlar öz fəaliyyətlərini iştirakçılara nümayiş etdiriblər. Festivalda millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələri, məşhurlar və autizmli ailələr iştirak ediblər.

Xəbər xətti