Vasili Berezutski: "Nəticədən razı deyiləm"

19:25 - 17 May 2025

"Sabah" Misli Premyer Liqasının 35-ci turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Biz yaxşı oynadıq, daha çox qol imkanı yaratdıq. Təəssüf ki, onlardan yararlanmaq olmadı. Nəticədən razı 

deyiləm.

- Kubokun finalı yaxınlaşdıqca, həyəcan artır?

- Biz çempionatda bütün şanslarımızı itirmişik. Finala çıxdıqdan sonra ora fokuslanmışıq. Ora hazırlaşırıq. Çempionatı da oynayırıq, “Neftçi” ilə oyunumuz var. Bütün matçları udmaq istəyirik.

- “Neftçi” ilə oyun final öncəsi xeyrinizə, yoxsa ziyanınıza?

- Biz istənilən matçda qalib gəlmək istəyirik. Çünki oyundan qalib ayrılsaq, bizə daha çox əminlik verəcək.

Mirbağırağa 

Xəbər xətti