"Fənərbaxça" Türkiyə millisinin üzvü ilə müqavilə imzaladı

10:57 - 16 May 2025

Türkiyənin "Fənərbaxça" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi İsmail Yüksekin sözləşməsinin müddətini uzadıb. Bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) məlumat verilib.

Türkiyə mllisinin üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Fənərbaxça" İsmail Yükseki 2020-ci ilin yayında "Gülcükspor"dan transfer edib. 26 yaşlı yarımmüdafiəçi bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti