"Atletiko" 55 milyon avroluq transferə hazırlaşır

16:51 - 17 May 2025

"Vilyarreal"ın futbolçusu Aleks Baena La Liqada klubunu dəyişməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Atletiko" ispan vingeri transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

Madrid klubu artıq Baenanın keçidini yekunlaşdırmaq üzrədir. "Atletiko" 23 yaşlı ön xətt oyunçusu üçün onun klubuna 55 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Aleks Baena "Vilyarreal"ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti